1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank” biznes müştərilər üçün “AccessPartner” layihəsinə başlayır
14.08.2020

Biznes müştərilərə daha üstün xidmət təklif etmək üçün “AccessBank” yeni – “AccessPartner” layihəsinə start verir. Kampaniya çərçivəsində biznes müştərilərə bank hesabının açılması, çek kitabçasının təqdim olunması, kartlar, POS terminallar, SMS Banking və “MyAccess” xidmətlərinə qoşulma ödənişsiz təklif olunur. Bununla yanaşı, digər bank xidmətləri üzrə kommisiyalarda da güzəştlərin təqdim olunması nəzərdə tutulur. Yeni biznes müştəriləri layihəyə qatılmaqla, həmçinin “Overdraft” məhsulunu və Bank qarantiyasını güzəştli şərtlərlə əldə edə bilərlər.  

“AccessPartner” hesablar üzrə illik dövriyyəsi 1 milyon AZN-dən çox olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub. 

Yeni məhsul standart şərtlərdən fərqlənən müxtəlif kredit məhsullarını təklif edir. Bundan başqa, bu təklif müştərilərə hesablar, əmək haqqı kartları, POS-terminallar üzrə əməliyyatlar üçün xüsusi tariflər, habelə, hesab qalıqlarına faiz hesablamaları təqdim edir.

Biznes müştərilər layihə haqqında ətraflı məlumat əldə etmək kampaniya üçün xüsusi olaraq yaradılmış https://accesspartner.az/ saytına daxil ola bilərlər.  

Layihə 30.11.2020 tarixinədək aktualdır. Noyabr ayının sonunda müraciət edən müştərilər kampaniyadan növbəti 6 ay ərzində də yararlana bilərlər. 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment