1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Aqrar sığorta ilkin mərhələdə 14 növ bitkini sığortalayacaq – SİYAHI, RİSKLƏR
12.08.2020

Azərbaycanda bu ildən tətbiq ediləcək Aqrar Sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq. 

Aqrar Sığorta Fondunun məlumatına görə, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarı ilə müəyyən edilib. 

Həmin qərara əsasən Aqrar sığortanın predmetinə daxil olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru,  portağal,  limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Göründüyü kimi, ölkəmizdə tətbiq ediləcək aqrar sığorta mexanizmi çoxillik əkmələri də əhatə edəcək. Bu da həmin sahələrin investisiya cəlbediciliyini artıracaq. 

Növbəti dövrlərdə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur.  

Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə isə aqrar sığortanın əhatə etdiyi risklərin tərkibi dəqiqləşdirilib. Bunlar təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir. 

Aqrar sığorta taxıllar, paxlalılar və yağlı bitkilərdə – dəni, lifli bitkilərdə – lifi, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dibi, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpağı, meyvəsi yeyilən bitkilərdə - meyvəni, yem bitkilərində isə- bütün yaşıl hissəyə təminat verir. 

Qeyd edək ki, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana bilərlər. Belə ki, əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. 

Eləcə də əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40%-dən çox ola bilməz. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.

Aqrar sığortadan istifadə etmək üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər. 

Qaydalara əsasən, aqrar sığortada sığorta haqqının 50%-lik hissəsi dövlət tərəfindən subsidiya edilir. Fermer sığorta haqqının yalnız yarısını, hissə hissə ödəyir. 

Aqrar sığorta müqavilələri onlayn qaydada bağlanılacaq, sığorta hadisəsi baş verdiyi halda da, ödənişlə bağlı prosedurlar onlayn qaydada həyata keçiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment