1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC “Muganbank Maliyyə - Hub” layihəsini açıqladı
11.08.2020

“Muğanbank” ASC artıq bir müddətdir mətbuatda müzakirə olunan “Muganbank Maliyyə-Hub” layihəsinin şərtlərini açıqladı. Yeni layihə kiçik və orta sahibkarlara hərtərəfli dəstəyi özündə ehtiva edən bir ekosistem olacaq. Müxtəlif tərəfləri özündə birləşdirəcək FinHub layihəsi Hub daxilində şirkətlərin sərfəli şərtlərlə öz bizneslərini inkişaf etdirməyinə xidmət edəcək. Belə ki, “Muğanbank” ASC Hub yaradıcısı olaraq, bu ekosistemin çalışmasını təmin edəcək, hub üzvləri arasında qarşılıqlı faydalı biznes əlaqələrinin qurulması üçün öz dəstəyini göstərəcək. Ən əsası isə Hub yaradıcısı olaraq Muğanbank, “Maliyyə Hub”-a  qoşulmuş fiziki şəxs sahibkar və hüquqi şəxslərə dövriyyələrindən asılı olaraq aylıq əsasda maliyyə dəstəyi göstərəcək. 

“Muganbank – Maliyyə Hub”-ın əsas üstünlüklərindən biri də “FinHub”-a qoşulmuş üzvlərə bir aydan üç aya kimi ödənişsiz maliyyə-mühasibat xidmətlərinin göstərilməsidir. Ödənişsiz maliyyə xidmətlərinin müddəti vergi ödəyicisinin növündən asılı olaraq aşağıdakı qaydada dəyişəcək. 

- Fiziki şəxs sahibkarlar - 3 ay

- Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) - 2 ay

- Hüquqi şəxslər (ƏDV ödəyiciləri) - 1 ay

Bundan əlavə FinHub layhəsi çərçivəsində startaplara xüsusi dəstək nəzərdə tutulur. Belə ki, fəaliyyətin ilk illəri startaplar üçün həyatda qalmaq dövrü hesab olunur. Bu baxımdan, FinHub layihəsinə qoşulan startaplara (fəaliyyəti iki ildən az olan şirkətlərə) həm maddi, həm də endirimlər baxımından özəl dəstək göstəriləcək. Eyni zamanda startaplar FinHub üzvləri arasında öz bizneslərini inkişaf etdirmək, netvorkinq, təqdimatlar və s. kimi üstünlüklərdən istifadə edə biləcəklər. 

Ümumilikdə, “Muganbank Maliyyə-Hub” barədə ətraflı məlumatı əldə etmək, eləcə də qoşulmaq üçün “Muğanbank” ASC-nin rəsmi internet səhifəsinə (www.muganbank.az) daxil ola  bilərsiniz.  

Qeyd edək ki, “Muğanbank” ASC -nin təqdim etdiyi “Muganbank Maliyyə-Hub” layihəsi ölkədə bir ilkdir. Eyni zamanda,“Muğanbank” ASC tərəfindən yaradılan ekosistemin pandemiya dövründə kiçik və orta sahibkarlara mühüm dəstək olacağı gözlənilir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment