1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçiriləcək təlimlərə dair elan
10.08.2020

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunmuşdur. Eyni zamanda, sözügedən Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcəkdir. 

Bu baxımdan, aşağıda qeyd olunan sahələr üzrə peşəkarlar əməkdaşlığa dəvət olunur:


1. Qida məhsullarının təhlükəsizliyi sahəsində:

a. Qida mühəndisi;

b. Qida texnoloqu;

c. HACCP üzrə mütəxəssis;

d. İSO 22000 üzrə mütəxəssis;

e. Qida mikrobioloqu;

f. Qida sənayesinin müxtəlif sahələrində təcrübə;

g. Qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.).


2. Heyvan sağlamlığı sahəsində

a. Baytar həkim;

b. Baytar əczaçı;

c. Baytar  epidemioloq;

d. Baytar virusoloq;

e. Baytar mikrobioloq;

f. Baytar seroloq;

g. Baytar parazitoloq;

h. Baytar toksikoloq;

i. Baytarlıq müfəttişi.


3. Bitki sağlamlığı sahəsində:


a. Aqronom entomoloq;

b. Aqronom fitopatoloq

c. Aqronom virusoloq;

d. Aqronom mikoloq;

e. Aqronom bakterioloq;

f. Aqronom herboloq;

g. Aqronom fitohelmintoloq;

h. Aqronom bioloq;

i. Kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə);

j. Aqrokimyaçı;

k. Biokimyaçı;

l. Fitosanitar müfəttiş;

m. Fumiqasiya mütəxəssisi.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV) food.expert@afsa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (Əlaqələndirici şəxs: Vüsal Qocayev, tel.: 5651272, daxili: 563, mob.: 0556929090; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029). 

Müraciət üçün son tarix: 15.09.2020

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment