1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Made in Uzbekistan Textile" Online B2B meetings ("Made in Uzbekistan Textile" onlayn B2B görüşləri)
04.08.2020

İkinci «Made in Uzbekistan» biznes forumu 25-27 avqust tarixlərində baş tutacaq. Bu dəfə forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.

Hazırda Özbəkistan ixrac üçün iri həcmdə pambıq lifi, iplik və hazır məhsullar təklif edir. Bu səbəbdən Azərbaycan alıcıları və tekstil məhsulları istehlakçıları üçün «Made in Uzbekistan» onlayn biznes forumu qısa müddət ərzində tərəfdaş tapmaq, Özbəkistanda parça istehsalçıları ilə işgüzar əlaqə yaratmaq üçün əla fürsət olacaq.

İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 27 şirkət iştirak edəcək. 

Artıq qeydiyyatdan keçmiş Özbəkistan şirkətləri arasında "Urganch Baxmal" MMC, “Allıance Textıle”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textıle Fashıon” MMC, “Imron Textıle Group” və s. kimi şirkətləri qeyd etmək olar. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az 

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, geyim müəssisələrinin mütəxəssisləri, atelyelər, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunur.

Biznes forumun proqramına daxildir:

* Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərini müzakirə edəcəyi plenar iclas - 25 avqust.

* iki günlük intensiv b2b ikitərəfli görüşlər - 26-27 avqust.

İkitərəfli görüşlər “Caspian Event Organisers” şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış tam avtomatlaşdırılmış platformada keçiriləcəkdir. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.  

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində  Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi çıxış edir. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment