1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə onlayn görüş keçirdi
01.08.2020

30 iyul 2020-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev ilə onlayn görüşü baş tutub. Görüşdə fəxri qonaq qismində Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas iştirak edib.

Açılış nitqi ilə çıxış edən CCIAF-in İdarəedici direktoru Zibər Hüseynova pandemiya dövründə Palatanın həyata keçirdiyi tədbirlər, hökumət tərəfindən tətbiq edilən yeniliklərlə bağlı İşçi Komitələrin təşkil etdiyi informasiya sessiyaları barədə danışıb. O, S.Babayevlə bu görüşün nazirlik və özəl sektor arasında əmək, məşğulluq sahələrində islahatlara dair fikir  və məlumat mübadiləsi aparmağa imkan verdiyini qeyd edib.

S.Babayev sosial-iqtisadi islahatlar, ölkəmizdə dövlət tərəfindən sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən dəstək proqramları, özəl sektorun milli iqtisadiyyatda rolu barədə danışıb. Nazir pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verib. Bu tədbirlər çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, məşğulluq imkanlarının artırılması, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün aparılan işləri qeyd edib. 

Qeyri-formal məşğulluğun qarşısının alınması, əmək müqavilələrinin sayında artım, sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlıq barədə məlumat verən S.Babayev ölkəmizdə formal məşğulluğa keçidi stimullaşdıran təsirli mexanizmləri, minimum əmək haqqının artırılması, vergi güzəştləri, vergi prosedurlarının sadələşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin endirilməsi və s. istiqamətlərdə atılan addımları qeyd edib.

Nazir iştirakçılara DOST layihəsi, “Əmək müqaviləsi bildirişi” altsisteminin geniş funksional imkanları, “Məşğulluq” altsistemi barədə geniş məlumat verib. O, Palatanın ölkə iqtisadiyyatında rolundan bəhs edib, əmək bazarı ilə bağlı aparılan islahatlar prosesində sahibkarlarla, o cümlədən CCIAF üzvləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva, Palatanın sosial sahədə həyata keçirilən islahatları yaxından izlədiyini və dəstəklədiyini qeyd edərək, CCIAF-in dövlət-özəl sektor arasında dialoqun qurulmasında aktiv iştirak etdiyini vurğulayıb. 

Görüşdə iştirak edən Zacharie Gross Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında məşğulluğun aradan qaldırılması, reabilitasiya, sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıqdan danışıb. O son 1 il ərzində sosial sahədə həyata keçirilən islahatları müsbət qiymətləndirdiyini qeyd edib.

Kestutis Jankauskas Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmin islahatların tərkib hissəsi kimi Aİ ölkələrinin təcrübələrinin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədilə tətbiq edilməsi barədə danışıb. O qeyd edib ki, bu cür əməkdaşlığın müsbət nəticələri digər sahələrdə də əməkdaşlıq üçün vacib əsas yaradır.  

Görüş sual cavab sessiyası ilə davam edib. Cənab nazir görüşdə iştirak edən CCIAF üzvlərini maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki,  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual  məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment