Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirmişdir.
Həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılmışdır.
Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.