1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank”dan bölgələrdəki özünüməşğulluq proqramına dəstək davam edir
30.07.2020

 “AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün layihələr həyata keçirməyə davam edir. Bank, bölgələrdəki aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə fiziki məhdudiyyətli və  məcburi köçkün ailəsinin üzvü olan vətəndaşlara şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank, Mingəçevir, Lənkəran şəhərlərində, həmçinin, Astara, Saatlı, Qusar, Qəbələ və Oğuz rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi avadanlıqlar bağışlayıb.  

Bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. 

2002-ci ildən kiçik bizneslərə xidmət göstərən “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin 90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox gözəl anlayır. “AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına səbəb olur. 

Qeyd edək ki, özünüməşğulluq proqramı 2020-ci ilin yazında fəaliyyətə başlayıb və 4 bölgəni əhatə edib. “AccessBank” proqram çərçivəsində iyun – iyul aylarında bölgələrdə yaşayan 11 vətəndaşa dəstək olub. Layihə ilin sonunadək digər bölgələrdə də icra olunacaq.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment