1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib
30.07.2020

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP)   və Parkın rezidenti olan yerli “Emsys” startapının iştirakı ilə onlayn videokonfrans keçirilib.

 AMEA-nın Yüksək Texnologiyalar Parkından verilən xəbərə görə,  tədbir “Emsys” startapının məhsulu olan yeni intellektual tədris sistemi “Empro”nun təqdimatına həsr olunub.

Videokonfransda Azərbaycanda təhsil sektorunda innovasiyaların tətbiqinin son illər vüsət aldığı bildirilib, hazırda innovativ texnologiyaların tədrisdə real alət kimi istifadəsinin genişlənməkdə olduğu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda ali təhsilin potensialının, habelə tədris və təlimin keyfiyyətinin artırılması istiqamətində qarşıya qoyulan başlıca strateji məqsədlərdən biri Azərbaycanda “təhsildə texnologiyalar” (EduTech) seqmentini genişləndirmək və ölkəmizdə rəqəmsal təhsil xidmətlərini Qərbin mövcud standartları səviyyəsində təqdim etməkdir.

Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, müəllim heyətinin müvafiq tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili  kimi modullar daxildir. Həmçinin daxili kommunikasiya alətləri, çatlar, forumlar, bildirişlər, xəbər və elanlar, müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, müəllim və tələbələr arasında tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

Vurğulanıb ki, “Empro” platformasının 2021-2022-ci illərdə Mərkəzi Asiyada fəaliyyət göstərən universitetlərə təqdim olunması planlaşdırılır.

Tədbirdə yeni intellektual tədris sisteminin daha dərindən, modullar üzrə yoxlanılması, təhsil standartlarına uyğunluğunun, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinin UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılması tövsiyə olunub.

Qeyd edək ki, bu tədbir “Emsys” startapı tərəfindən ölkəmizdə ilk dəfə hazırlanmış və YTP-da uğurla sınaqdan keçmiş milli platforma – onlayn videokonfrans sistemi vasitəsilə baş tutub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment