1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı ölkədə təmassız əməliyyatları dəstəkləyən ilk ATM-ləri quraşdırdı
29.07.2020

Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan Azərbaycan Beynəlxalq Bankı yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb. Bu qurğuların Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır. Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər. Bu ödəniş vasitələrini ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək, o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti nağdlaşdırmaq da olar. 

Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün olacaq.  

Yeni ATM-lər vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni anda 250 - 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı, dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına cash-in qaydada daxil edə bilərlər.    

Yeni ATM-lər Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və partnyor şəbəkələrində də quraşdırılacaq.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment