1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK-nın Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasına yeni sədr seçildi
29.07.2020

İyulun 27-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının videokonfrans formatında iclası keçirilib. İclasda təşkilati məsələlər həll edilib və növbəti iclasın gündəliyinin müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.  

Komissiyanın iclasını ASK-nın vitse-prezidenti Vüqar Zeynalov açaraq bildirib ki, Konfederasiya 2001-ci ildən dövlətin sosial tərəfdaşıdır və hər iki ildən bir hökumətlə Baş Kollektiv Saziş imzalayır. ASK Azərbaycanda çalışan sahibkarların sözçüsü qismində onların maraqlarını müdafiə etmək, həmçinin iqtisadiyyatın inkişafı üçün biznes mühitinin əlverişliliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlara dəstək verir. Biznesin maraqlarını təmsil etmək məqsədilə ASK-nın tərkibində 14 sahəvi komissiya fəaliyyət göstərir. Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının hədəfi isə təhsil sektorundakı real vəziyyəti ümumiləşdirərək dövlətin qarşısında qaldırmaq, həmçinin Azərbaycanda sahibkarlığın təhsilə inteqrasiyası prosesini sürətləndirməyə töhfə verməkdir. 

“Təklif edirik ki, kurs, diplom işlərinin mövzularının bir hissəsini sahibkarlar irəli sürsün. Təhsil müəssisələrində icad olunan yeniliklər sahibkarlara təqdim olunsun, həmçinin sahibkarlara lazım olan araşdırmaların aparılmasında müvafiq elmi müəssisələr iştirak etsinlər”, - deyən V.Zeynalov hazırda sahibkarları narahat edən problemlərə toxundu və ali təhsil məzunlarının kadr kimi sahibkarları qane etmədiyini və peşə təhsili sektorunda ciddi dönüş yaradılmasının vacibliyi qeyd edib. 

Bu və digər məsələlərlə bağlı komissiyanın işinin məhsuldar olacağını vurğulayan ASK-nın vitse-prezidenti komissiya sədri seçmək üçün təklifləri səsləndirib. 

İclas iştirakçılarının təklif və səsverməsi yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov komissiyanın sədri seçilib. 

Ə.Muradov göstərilən etimada görə təşəkkür edərək bildirib ki, universitet təhsilini real iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaq hazırda təhsil sisteminin ən vacib məsələsidir. “Bu komissiya real sektorla təhsil müəssisələri arasında körpü rolunu oynayacaq”, - deyən Ə.Muradov tələbələrin təcrübə proqramları ilə bağlı bir neçə məsələni iştirakçıların diqqətinə çatdırıb. 

“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərsun Akademiyası”nın rəhbəri Cəlal Eynullayev peşə təhsili məzunlarının təcrübə proqramları və peşə təliminin effektivliyini artırmaq üçün təkliflərini qeyd edib. 

Qeyd edək ki, iclasda Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Elnur Nəsibov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, təhsil sahəsində tanınmış ekspertlər Zakir Əhmədov, Mənafəddin Namazov, sahibkarlar və ASK-nın icra aparatının əməkdaşları iştirak ediblər. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment