1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SŞ “müştəri səsi”ni daha effektiv eşitmək üçün texnoloji yeniliklərin tətbiqinə başlamışdır
29.07.2020

25 ildir müştərilərə sığorta sahəsi üzrə xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti müştərilərin məmnunluğunu və onlara göstərilən xidmət keyfiyyətinin yüksəkliyini ön tutaraq bu istiqamətdə texnoloji yeniliklər təqdim etməyə davam edir. Belə ki, göstərilən xidmətləri ən yüksək səviyyədə həyata keçirib, müştərilərin məmnun qalmasını təmin etmək üçün  Şirkət, bir müddət öncə “Qreact” proqram təminatının tətbiqinə başlamışdır. 

“Qreact” - real vaxt rejimində müştəri rəylərinin toplanması və dəyərləndirilməsi üçün hazırlanmış proqram təminatıdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə müştərilərinin dəyərli fikirlərini öyrənmək üçün, sorğu formalarını onlara təqdim edir və bununla müştərilər uyğun olan anda istifadə etdikləri xidmət səviyyəsini qiymətləndirə bilir. 

Qiymətləndirmə zamanı, müştərilər şərh bölmələrində aldığı xidmətlər üzrə fikirlərini qeyd edir, “Atəşgah” Sığorta Şirkəti isə öz müştərilərinin yaranan problemlərini qısa zamanda həll etmək üçün tədbirlər görür. Bildirmək istərdik ki, daxil olan rəylərə həftənin 7 günü, günün 24 saatı nəzarət olunur. Hər bir rəy emal olunur və narazı qalan müştərilərə  24 saat ərzində geri dönüş edilərək onların razı qalmaları üçün Şirkət əməkdaşları tərəfindən bütün mümkün addımlar atılır.

Tətbiq olunan qısa zaman ərzində daxil olan rəylərin sayı 1200-ə yaxınlaşıb və “Atəşgah” Sığorta Şirkətini əməkdaşlıq təcrübəsinə əsaslanaraq gələcəkdə dost-tanışlarına tövsiyyə etməyə hazır olan müştərilərin faiz dərəcəsi isə 83% təşkil edib. Ortalama məmnuniyyət dərəcəsi isə mümkün olacaq “5” göstəricisindən “4”ə bərabərdir. Həmçinin, bügünə  qədər göndərilən rəylərin 90%-nin müsbət olmasına baxmayaraq, “Atəşgah” SŞ mənfi rəylərin faiz göstəricisinin daha da enməsi üçün xidmət səviyyəsini təkmilləşdirərək fəaliyyətini davam etdirir. 

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment