1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda pandemiya şəraitində aviasiya və turizm sahələrinin əməkdaşlığı müzakirə olunmuşdur
28.07.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilmişdir.

Danışıqlarda “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, “Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.

COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu danışıqların əsas mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilmiş və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilmişdir.

Qonaqları salamlayaraq Cahangir Əsgərov bildirdi ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək  23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.  

Görüşə yekun vuraraq Cahangir Əsgərov məlumat verdi ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə  yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan Azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir. 

Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları  müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. 

“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, görüş ərəfəsində keçirilən videokonfrans zamanı səsləndirilən turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır. Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, “Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək.   

İşgüzar və konstruktiv şəraitdə keçən görüşün iştirakçıları ən mühüm və aktual məsələləri müzakirə etdilər. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını bildirdilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment