1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB 2020-ci ilin birinci yarım ili üzrə nəticələri açıqlayıb
28.07.2020

Cari ilin ilk yarımillik nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 360 161.83 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 389.33 min manat, yəni 18.5% artım deməkdir.

Həmçinin, qeyd edilən hesabat dövrü ərzində Bank BTB-nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235.157 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir. 

İkinci rübün nəticələrinə əsasən Bank BTB-nin depozit portfeli 134 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

2020-ci ilin yanvar-iyun dövrü ərzində Bank BTB-nin cəmi gəlirləri 16 mln. 522 min manat, cəmi xərcləri 15 mln. 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 216.2 min manat təşkil etmişdir.

30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 108.74 min manat təşkil edib.

Qeyd edək ki, hal-hazırda Bank “BTB” ASC 14 xidmət nöqtəsilə təmsil olunur. Bank BTB müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmət nöqtələrinin təkmilləşdirmə layihəsini də davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərir.

Bank xidmətləri haqqında məlumatı Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsindən əldə edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün  xidmətinizdədir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment