1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Asiya İnkişaf Bankı:”AccessBank” güclü kredit təşkilatıdır”
24.07.2020

“Əməliyyatların şəffaflığı, güclü kapital bazası və hörmətli səhmdarlar qrupu sayəsində “AccessBank” artıq uzun müddətdir ki, güclü kredit təşkilatıdır. Bank xüsusilə dövlət prioritetləri baxımından yaxşı maliyyə vəziyyətinə malikdir. Bankın fəaliyyətinin əsas istiqaməti bölgələr üzrə mikrokreditlərdir ki, bu da ona gəlir bazasını qoruyan, kifayət qədər şaxələndirilmiş kredit portfelini yaratmağa imkan verir. Ölkənin dayanıqlı iqtisadi artımını bərpa etmək üçün biznes kreditləşməsi bank üçün vacibdir.” 

Bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə meneceri Nəriman Manapbekov “APA-Economics”ə müsahibəsində bildirib. O həmçinin vurğulayıb ki, AİB “AccessBank”ın yenidən kapitallaşdırma planının icrasından bəri əldə etdiyi inkişafdan  və 2020-ci ilin I rübünü xalis mənfəətlə başa vurmasından məmnundur. 

Cənab Manapbekov həmçinin bildirib ki, yenidən kapitallaşdırma planı bankın 2020-ci ildə kapital pozuntusuna səbəb ola biləcək mənfi şoklarla qarşılaşdığı təqdirdə, şərti kapitalı rezervləşdirməyi nəzərdə tutur. AİB “AccessBank”ın şərti kapitalını təmin edir və beləliklə, zərurət olduqda səhmlər blokunu artırmağa hazırdır.

Müsahibənin tam mətni ilə tanış olmaq üçün linkə daxil olun: https://bit.ly/2BqudVI

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment