1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


A-QROUP-un topladığı sığorta haqlarında 30% artım
23.07.2020

A-Qroup sığorta şirkəti 2020-ci ilin 1-ci yarımili üzrə fəaliyyətinə dair nəticələri açıqlayıb. 

Maliyyə hesabatlarına əsasən, cari ilin ilk altı ayında toplanan sığorta haqlarının ümumi məbləği 5 642 019,82 AZN təşkil edib ki, bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 350 927,32 AZN çoxdur. Rəqəmləri faizlə ifadə etsək, şirkətin topladığı sığorta haqlarında 30%-dən çox artım müşahidə olunur.

Ənənəvi olaraq, şirkətin ümumi daxilolmalarının böyük hissəsi könüllü tibbi sığortanın payına düşərək 4 763 803,29 AZN təşkil edib.

Sığorta şirkətinin məcmu kapitalı isə ötən ilin analoji dövrü ilə müqayisədə 1.664.679.95 AZN artaraq 10 202 932,53 AZN-ə çatıb.

Ümimilikdə, 2020-ci ilin iki rübü ərzində A-Qroup şirkəti tərəfindən sığortalılara 4 310 628,10 AZN məbləğində ödəniş edilib. Ən iri ödəniş isə könüllü tibbi sığorta növü üzrə həyata keçirilib-  4 067 600,30 AZN.

Orta hesabla, cari ilin 6 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 22 000 AZN-dən çox pul ödənilib.

Pandemiya səbəbiylə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, şirkətin hesabat dövrünün nəticələri sabit müsbət tendensiya nümayiş etdirir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment