|
|
|
Banklar | | | PAŞA Bank sosial layihəyə dəstək verib |
10.07.2020 | |
| |
PAŞA Bankın sponsorluğu ilə ABAD publik hüquqi şəxs (Ailə Biznesinə ASAN Dəstək) və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı tərəfindən uşaq evlərində yaşayan uşaqlar və aztəminatlı ailələrin uşaqlarına antiseptik vasitələrin verilməsi məqsədi ilə təşkil olunan sosial layihə həyata keçirildi.
Ümumilikdə layihə çərçivəsində Bakıda və regionlarda yaşayan 550-dən çox uşaq əhatə olunmuşdur. Layihə iştirakçıları tərəfindən təqdim olunan antiseptik vasitələr ABAD-ın dəstəyi ilə kiçik sahibkar ailə tərəfindən istehsal edilmişdir.
Ətraflı məlumat: https://bit.ly/3iQCG5i
|
|
|
|