1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur
07.07.2020

Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbir həyata keçirib. Belə ki, havaların isti keçməsi və filiallara müştərilərin növbəli şəkildə buraxılması səbəbindən filialların önündə gündən qorunmaq üçün xüsusi çətirlər paylanılır.

Çətirlər həm müştərilərə fərdi şəkildə təqdim edilir, həm də onların toplaşdığı yerdə kölgə yaratmaq üçün xüsusi zonalarda quraşdırılıb. Bununla da küçədə gözləyən müştərilər günəşdən qorunmaq üçün bu vasitələrdən istifadə edirlər. Artıq bir sıra filiallarda bu yenilik tətbiq olunub və yaxın günlərdə digərlərində də olacaq.

Bundan başqa Kapital Bank, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar çəkilib. Həmçinin bir sıra filiallarda müştərilərə gözləmək üçün çətirdən başqa, stullar təqdim olunur. Filiala daxil olan müştərilərdən maska taxmaq tələb olunur, onların hərarəti ölçülür və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edilir. 

Kapital Bank bu asan olmayan vəziyyətdə bir daha müştərilərə müraciət edərək ənənəvi bank əməliyyatları üçün filiallara gəlməməyi və rəqəmsal xidmətlərdən istifadəni tövsiyə edir. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment