1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Turizm brendi üzrə Azərbaycan Brend Mərkəzi platforması yaradılıb
07.07.2020

Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və "Azərbaycan: Bir daha bax" konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilməklə yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.

İstifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edən platforma vasitəsilə, həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür.

Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.

Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasını peşəkar, eləcə də həvəskar dizaynerlərin brend ideyasının ərsəyə gətirilməsi və dizayn bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı biliklərə yiyələnə bilməsi baxımından uğurlu addım kimi qiymətləndirib. O qeyd edib ki,  “Azərbaycan: Bir daha bax” brendi ideyasının uğur qazanmasının səbəblərindən biri onu dəstəkləyən vizual vasitələrin uğurlu seçimi olub.

Xatırladaq ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası ilk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi  bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayaraq 20-dən çox beynəlxalq mükafata layiq görülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment