1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbank pandemiya dövründə belə xarici partnyorları ilə əməkdaşlığı davam etdirir
06.07.2020

Muğanbank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığı uğurla davam etdirir. “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində pandemiya dövründən əvvəl Muğanbank və AYİB arasında imzalanmış texniki dəstəyə dair müqaviləyə əsasən proqramın birinci mərhələsi uğurla başa çatdırılaraq, artıq ikinci - aktiv mərhələyə start verilmişdir. 

Layihə çərçivəsində Muğanbank ASC ilə AYİB tərəfindən birgə seçilən xüsusi konsultant komanda - Business & Finance Consulting (BFC) – Muğanbankda  strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirir. 

Bundan əlavə layihə çərçivəsində konsultant komandanın tövsiyələri əsasında müvafiq bank məhsullarının optimallaşdırılması, satış və marketinqinin təkmilləşdirilməsi, kredit personalının gücləndirilməsi kimi komponentlər icra ediləcəkdir. 

Ümumilikdə 2019-cu ildə başlayan üç mərhələli transformasiya layihəsinə 2021-ci ilin İyul ayında yekun vurulması nəzərdə tutulur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment