1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


May – İyun ayları ərzində ABA-nın Rəyasət Heyətinin 6 iclası keçirilmişdir
06.07.2020

1 may 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas zamanı bank sektorunun cari vəziyyəti və investisiya imkanları müzakirə edilmişdir.

19 may 2020-ci il tarixində ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Görüş zamanı Dünya Bankının dəstəyi ilə həyata keçirilən özünüməşğulluq layihəsinin banklar tərəfindən dəstəklənməsi, Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə may ayı üçün birdəfəlik ödəmənin verilməsi və qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun dəstəklənməsi ilə əlaqədar müvafiq təkliflər müzakirə olunmuşdur.

9 iyun 2020-ci il tarixində ABA-nın Rəyasət Heyətinin iyun ayı üzrə ilk iclası keçirilmişdir. İclas zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Vergi Xidməti) tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydasının layihəsi müzakirə edilmiş, qaydalara dair Rəyasət heyətinin rəy və təkliflərinin toplanaraq Vergilər Nazirliyinə ünvanlanması və Vergilər Nazirliyinin nümayəndələri ilə müzakirə edilməsi qərara alınmışdır.

17 iyun 2020-ci il tarixində ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas zamanı “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydası Vergilər Nazirliyinin nümayəndələri ilə müzakirə edilmiş, bankların həmin qaydalara dair ümumi rəy və təklifləri Vergilər Nazirliyinin rəhbər nümayəndələrinə təqdim edilmiş, eyni zamanda Vergilər Nazirliyi və ABA arasında sözügedən qayadaların müzakirəsi ilə əlaqədar olaraq İşçi Qrupunun yaradılması qərara alınmışdır.

23 iyun 2020-ci il tarixində  Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbərliyinin iştirakı ilə ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas zamanı bank sektorunun cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.

23 iyun 2020-ci il tarixində ABA-nın Rəyasət Heyətinin iyun ayı üzrə son iclası keçirilmişdir. İclas zamanı İqtisadiyyat Nazirliyi ilə müzakirə edilməsi təklif edilən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment