1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Unicapital rəhbərliyində yeni təyinatlar olub
06.07.2020

“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev “Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkişafı üzrə baş menecerin müavini təyin olunub. Tələt Kalayev bu vəzifəyə təyin olunanadək “Unicapital”da baş menecerin müşaviri vəzifəsində çalışıb. O,  “Unicapital” İnvestisiya Şirkətinə 2020-ci ilin yanvar ayından qoşulub. Azərbaycan kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev,  müxtəlif illərdə “Standard Kapital”, Böyük Britaniyanın “Kazimir Partners” investisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və “PAŞA Kapital” İnvestisiya Şirkətində (direktor müavini) çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə bakalavr və magistr dərəcəsinə malikdir və təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib. CFA level II namizəddir.

“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin digər qərarı ilə Tural Salmanov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin Maliyyə və Biznesə dəstək üzrə baş menecerin müavini təyin olunub. Tural Salmanov bu vəzifəyə təyin olunanadək həm “Unibank Kommersiya Bankı” ASC-də aparıcı daxili auditor, həm də “Unicapital” İnvestisiya Şirkətində daxili auditor vəzifəsində çalışıb. Tural Salmanov “Unicapital” İnvestisiya Şirkətində fəaliyyətə 2016-ci ilin mayından başlayıb. 2011-ci ildən isə Unibank komandasındadır. Ümumilikdə bank və maliyyə sektorunda 9 ilə yaxın təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə malikdir. ACCA beynəlxalq imtahanları üzrə maliyyə sahəsində inkişafını davam etdirir.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin  ümumi kapitalı 1,5 milyon manata yaxındır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment