1 USD 1,7    1 EUR 2,012    1 AUD 1,2251    1 ARS 0,0234    1 BYN 0,6966    1 BRL 0,3188    1 AED 0,4628    1 ZAR 0,0971    100 KRW 0,1432    1 CZK 0,0763    100 CLP 0,2201    1 CNY 0,244    1 DKK 0,2701    1 GEL 0,5533    1 HKD 0,2194    1 INR 0,0227    1 GBP 2,23    100 IDR 0,0116    100 IRR 0,004    1 SEK 0,1949    1 CHF 1,8637    1 ILS 0,4996    1 CAD 1,2725    1 KWD 5,5638    1 KZT 0,0041    1 KGS 0,0219    100 LBP 0,1126    1 MYR 0,4054    1 MXN 0,0756    1 MDL 0,1028    1 EGP 0,1066    1 NOK 0,1885    100 UZS 0,0167    1 PLN 0,4548    1 RUB 0,0232    1 SGD 1,2398    1 SAR 0,4533    1 XDR 2,4018    1 TRY 0,234    1 TWD 0,0578    1 TJS 0,1649    1 TMT 0,4857    1 UAH 0,0614    100 JPY 1,6105    1 NZD 1,1336    XAU 3502,867    XAG 48,3613    XPT 1649,969    XPD 3751,7385   
           
AMB kursu / Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Dünya xəbərləri


Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək
22.06.2020

Kaspersky, World Chess (FİDE-nin rəsmi yayım quruluşu) tərəfindən hazırlanmış FIDE Online Arena platformasını kiber təhdidlərdən qoruyacaq. Bu, dünyada milyonlarla şahmatçıya rəsmi onlayn FİDE reytinqini qazanmaq və onlayn usta və ya qrossmeyster titulu qazanmaq imkanı verəcəkdir.

Kaspersky mütəxəssisləri mümkün boşluqları müəyyən etmək üçün platformanın təhlükəsizliyini qiymətləndirib və təhlükəsizlik səviyyəsini artırmaq üçün bir sıra tövsiyələr hazırlayıb. Bundan əlavə, Kaspersky, təcavüzkarların fəaliyyətinin vaxtında aşkarlanmasını və trafik süzgəci mexanizmlərinin vaxtında tətbiq edilməsini təmin edən müxtəlif texnikaların köməyilə saytın yüklənməsini analiz edərək, oyun platformasını DDoS hücumlarından qoruyacaq. World Chess üçün bu həllin əhəmiyyətli xüsusiyyəti, hücumların və onları dəf etmək metodlarının peşəkar təsdiqidir ki, bu da saxta müsbət nəticələrin kifayət dərəcədə az nisbətinə nail olmağa imkan verir. Bu o deməkdir ki, qanuni istifadəçilər hücum zamanı da portala daxil ola biləcəklər.

“Bütün böyük idman tədbirləri təxirə salındığından milyonlarla idman həvəskarı onlayn oyunlara keçib. Təcavüzkarlar da bu vəziyyəti diqqətə alıblar. Hakerlər şifrələr və loginləri, oyundaxili məhsullarını oğurlamaq və ya bank hesablarına daxil olmaq üçün müxtəlif növ zərərli proqramlardan istifadə edərək oyun platformalarına hücum edirlər. FIDE Online Arena platformasının istifadəyə verilməsi şahmatın inkişafında böyük bir addımdır və qrossmeyster adını qazanmağa çalışan minlərlə istifadəçini qorumaqdan qürur duyuruq," deyə Kaspersky-nin biznesin inkişafı üzrə direktoru Aleksandr Moiseyev bildirib.

2017-ci ildən bəri Kaspersky, dövri çempionat turnirləri təşkilatçısı World Chess-i, eləcə də onun informasiya təhlükəsizliyi sahəsindəki tərəfdaşlarını dəstəkləyir. Şirkət FİDE, milli şahmat federasiyaları və oyunçular üçün qoruma həlləri təqdim edir, həmçinin onlar üçün kiber təhlükəsizlik təlimləri keçir.

2016-cı ilin sonunda Kaspersky şahmat tarixinin ən gənc qrossmeysteri və vitse dünya çempionu Sergey Karyakinin sponsoru oldu. Bundan əlavə, 2012-ci ildən etibarən şirkət gənc şahmatçılar Andrey Çvetkov və Mixail Antipovun beynəlxalq turnirlərdə iştirakını dəstəkləyir.


FİDE haqqında

Beynəlxalq Şahmat Federasiyası (Fransızca: Federation Internationale des Echecs, FIDE) 20 iyul 1924-cü ildə Parisdə təsis edilmişdir. 1999-cu ildə FİDE Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Olimpiya proqramına daxil olmayan idman növünə rəhbərlik edən beynəlxalq federasiya kimi tanınıb. Hazırda 188 federasiya FİDE-nin üzvüdür. Təşkilat 40-dan çox dünya şahmat çempionatı keçirib. Daha çox məlumatı www.fide.com.

saytından əldə edə bilərsiniz. 


World Chess haqqında

World Chess by Agon Limited şirkəti rəsmi FİDE tərəfdaşı, WORLD CHESS markasının və bütün dövri çempionat turnirlərini keçirmək üçün kommersiya hüquqlarının sahibidir. Şirkətin məqsədi şahmatın inkişafı və kommersiyalaşması, həmçinin sponsorlar, media və geniş auditoriya üçün ən intellektual idman növünün cəlbediciliyini artırmaqdır.

World Chess by Agon Limited şirkəti kommersiya hüquqlarını 2012-ci ildə əldə edib; 2012-2013-cü illərdə şirkət Qran Pri seriyasını, 2014-cü ildə Soçidə dünya şahmat çempionu titulu uğrunda görüşü, 2015-ci ildə Berlində keçirilən sürətli dünya şahmat çempionatını və 2016-cı ildə Moskvada Challenger Turnirini və Nyu-Yorkda Dünya çempionu titulu uğrunda görüşü uğurla təşkil edib. Dövri çempionat turnirlərinin rəsmi yayımı worldchess.com saytı tərəfindən aparılır.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment