1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti COVID-19 pandemiyasına qarşı mübarizə aparan səhiyyə işçilərini təltif etdi
17.06.2020

PAŞA Sığorta Bakı Sağlamlıq Mərkəzinin tibb işçilərini medal və təşəkkürnamələrlə təltif etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq, hər il iyun ayının 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

PAŞA Sığorta şirkətinin nümayəndələri səhiyyə işçilərinin peşə bayramı münasibətilə təltif etmək və bu çətin zamanda gecə-gündüz, bayram-tətil demədən öz həyatını fəda edərək xalqımızın sağlam olması üçün əllərindən gələni əsirgəməməyən tibb işçilərinə təşəkkür etmək məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinin tibbi heyəti ilə görüş keçirib. BSM-də də böyük bir tibbi heyət koronavirusla mübarizəyə səfərbər olunmuşdur.

Görüş müddətində tibbi mərkəzinin rəhbərliyi və məsul şəxslər  çıxış edərək, olduqca çətin keçən bu dövr ərzindəki xidməti çətinlikləri  barədə məlumat veriblər. Tədbirin gedişatında tibbi heyətə şirkət tərəfindən  öz əvəzsiz xidmətlərinə görə sertifikat, medal, eləcə də xatirə hədiyyələri təqdim edilmişdir.

Görüş zamanı tibb mərkəzinin Baş həkimi Elxan Hacıyev çıxış edərək klinikadakı cari vəziyyətdən söz açıb. O, çıxışı zamanı həkimliyin nəcib bir peşə olduğunu qeyd edərək, bu peşənin insanların sağlamlığının keşiyində durmasında birbaşa rolu olan, onlara ömür bəxş edərək yaşatmaq hissini aşılayan şərəfli və müqəddəs bir vəzifə olduğunu vurğulayıb. Baş həkim, həmçinin, bütün dünyada yeni yayılmış koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyini qeyd edib və bildirib ki, bu infeksiya ilə mübarizədə əsas yük məhz həkimlərin çiyninə düşür. O, 

Daha sonra, tədbirdə söz “PAŞA Sığorta” şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurovaya verilib.  Şirkətin nümayəndəsi bildirib ki, respublikamızda son illər ərzində tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni kadrların yetişdirilməsində geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişafına zəmin yaradıb. Daha sonra şirkət nümayəndəsi PAŞA Sığorta şirkətinin həkimlərimizə verdiyi dəstəkdən danışıb və bildirib ki, PAŞA Sığorta şirkəti həkimlərimizin fədakarlığını hər zaman yüksək qiymətləndirir və bütün vəziyyətlərdə onlara dəstək olmağa hər zaman tam hazırdır. Tədbirin sonunda N.Teymurova əvəzsiz xidmətlərinə görə tibb işçilərini medallarla təltif edərək onlara dərin minnətdarlığını bildirib.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment