|
|
|
Fond birjası | | | Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
05.06.2020 | |
| |
9 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
|
Faizli, ortamüddətli dövlət istiqrazları
|
Qiymətli kağızın ISIN kodu
|
AZ0105010786
|
Emissiya həcmi
|
25 000 000 AZN
|
Nominal dəyəri
|
100 AZN
|
İstiqrazların tədavül müddəti
|
728 gün
|
Faiz ödənişləri (olduqda)
|
8 dekabr 2020-ci il, 8 iyun 2021-ci il,
7 dekabr 2021-ci il, 7 iyun 2022-ci il
|
Faiz gəliri
|
10 %
|
Ödəmə tarixi
|
07.06.2022
|
Anderrayter
|
Paşa Kapital İŞ
QSC
|
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
|
|
|
|