1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Made in Uzbekistan Online” biznes forumu
05.06.2020

9-12 iyun 2020-ci il tarixlərində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında “onlayn” formatlı biznes-forum keçiriləcək. Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi ilə birlikdə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunur. 

İlk dəfə təşkil edilən “Made in Uzbekistan Online” biznes forumu Özbəkistanın məhsulları ilə tanış olmaq, eləcə də Azərbaycanlı və özbək sahibkarlar arasında yeni biznes əlaqələri qurmaq üçün səmərəli işgüzar platformadır. 

Forum yeni tip “COVID 2019” koronavirus pandemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə təsirini yüngülləşdirməyə kömək etməklə yanaşı, istər Azərbaycanda, istərsə də Özbəkistanda pandemiya şəraitində biznesə dəstək vasitəsi funksiyasını yerinə yetirəcəkdir.

Sözügedən biznes-forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 57 istehsalçısının, eləcə də Azərbaycanın 60-dan çox sahibkarının iştirakı gözlənilir. 

Hər iki ölkənin nazirlik, agentlik və şirkətlərini təmsil edən nümayəndələrin iştirak edəcəkləri   forumun plenar sessiyasının rəsmi açılışı 8 iyun tarixinə planlaşdırılır. Açılış YouTube platformasında yayımlanacaq: https://www.youtube.com/watch?v=RY4DDi-7skk

Biznes-forumun proqramına iqtisadiyyatın aşağıdakı sahələri üzrə görüşlər daxildir: 

- qida sənayesi və kənd təsərrüfatı - 9 iyun;

- maşınqayırma və dağ-mədən sənayesi - 10 iyun;

- yüngül sənaye - 11 iyun;

- elektrotexnika - 12 iyun.

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b.ceo.az/welcome.htm 



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment