1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
04.06.2020

Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçün Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub. Unibank AzALES -ə ilk qoşulan banklardandır. “Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, kənd təsərrüfatına  yönələn maliyyə vəsaitlərini artırmaq, bankın qarşıya qoyduğu hədəflərdən biridir: “Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditləri bir qədər də əlçatan olur.Bu sistem aqrar sahənin kreditləşdirilməsi zamanı riskləri daha düzgün qiymətləndirməyimizə kömək edəcək. AzALES bank əməkdaşının işini xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı sahəsində biznesi olan müştərilərimiz üçün də krediti daha sürətli əldə etməyə imkan yaradır”. 

AzALES Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.  Bu sistem, aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Belə ki, AzALES banka hazır forma verir. Bank müştərinin məlumatlarını həmin platformaya daxil edərək, ona nə qədər maliyyə vəsaiti  ayırmağın mümkünlüyünü müəyyən edir. AzALES bir növ risklərin müəyyənləşdirilməsində banka kömək edir.

Kənd təsərrüfatı, eləcə də digər biznes kreditlərindən faydalanmaq istəyən müştəriləri “Unibank”ın biznes filiallarında yüksək və keyfiyyətli xidmət gözləyir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment