1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank” “PricewaterhouseCoopers” şirkəti tərəfindən 2019-cu il üzrə təsdiqlənmiş audit hesabatını açıqladı
03.06.2020

“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb: https://accessbank.az/upload/iblock/f9a/AccessBank%20CJSC%20FS_31.12.2019_EN.pdf

Hesabata əsasən, 2019-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 863 milyon manat təşkil edib. Belə ki, bankın aktivlərinin həcmində il ərzində 10.8% artım baş verib.  

Bundan başqa, “AccessBank”ın kredit portfeli 8.1% artaraq 564 milyon  manata çatıb. Bankın depozit portfelində isə  34.3% artım qeydə alınıb.  

Həmçinin bankın xalis faiz mənfəəti  49.8 milyon manata çatıb. Bu, 2018-ci illə müqayisədə 41.7% çoxdur.

Bundan başqa, “AccessBank” 2019-cu ildə xalis mənfəətə çıxıb -  4.7 milyon manat. 

2019-cu ilin 31 dekabr tarixinə əsasən, “AccessBank”ın  kapitalı 94 milyon manat, subordinasiya borcu isə 22.4 milyon manat təşkil edib. 

“AccessBank”ın ötən il üzrə maliyyə göstəricilərini şərh edən Anar Həsənov bildirib: 

”Bankın 2019-cu il üzrə audit hesabatı PwC şirkəti tərəfindən həyata keçirilib. Hesabat bir daha sübut etdi ki, bankın maliyyə göstəriciləri beynəlxalq standartlara uyğun olaraq şəffaf tərtib edilib və bankın maliyyə durumunu özündə tamamilə əks etdirir.  Bankın 2019-cu ildə - rekapitallaşdırma ilində əldə etdiyi mənfəət stabilliyin və düzgün seçilmiş strategiyanın göstəricisidir. Missiyamıza sadiq qalaraq, biz Azərbaycan iqtisadiyyatının təməlini təşkil edən mikro, kiçik və orta sahibkarlığa hərtərəfli dəstək olmaqda davam edirik.” 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment