1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu “Sonsuzluğun müasir müalicə metodları" mövzusunda çıxış edəcək
03.06.2020

Mərkəzi Gömrük Hospitalının nəzdində fəaliyyət göstərən Qadın Sağlamlıq Mərkəzinin uzman həkim-ginekoloqu Serdar Çelik 12 iyun 2020-ci il tarixində saat 15.00-da "Sonsuzluğun müasir müalicə metodları" mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq.

Dr. Serdar Çelikin canlı yayımı Mərkəzi Gömrük Hospitalının (https://www.facebook.com/customshospital/)  rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Qeyd edək ki, Dr. Sərdar Çelik Hospitalın Qadın Sağlamlıq Mərkəzində inseminasiya və süni mayalanma, sonsuzluğun konservativ və cərrahi müalicəsini, normal, patoloji və riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, laparoskopik ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.

Dr.Sərdar Çelik 2004-cü ildə Türkiyədə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Türkiyə Səhiyyə Nazirliyinin İstanbul Təhsil və Araşdırma Xəstəxanasında qadın xəstəlikləri və doğum fakültəsində uzmanlıq təhsili almışdır. O, 2011-2012-ci illərdə Türkiyə Cümhurriyyətinin İstanbul şəhərində Siirt Baykan Xəstəxanasında, 2012-2014-cü illərdə İstanbul şəhərində VKV Amerika Xəstəxanasında, 2014-2015-ci illərdə İstanbul şəhərində Bahçeci Süni Mayalanma Mərkəzində həkim-ginekoloq kimi işləmişdir.

Dr. Sərdar Çelik 2016-cı ildən Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində həkim-ginekoloq kimi çalışır. O, Türkiyə Reproduktiv Sağlamlıq və sonsuzluq dərnəyinin, Amerika Reproduktiv Tibb Cəmiyyətinin və Avropa Reproduktivlik və Embriologiya Cəmiyyətinin üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment