1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbankın maliyyə vəziyyəti məlum oldu…
01.06.2020

“Muğanbank” ASC-də 2019-cu ilin nəticələri üzrə audit başa çatmışdır. Beynəlxalq Standartlar əsasında hazırlanmlş bankın maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən audit edilmişdir. 

Bankın maliyyə göstəricilərinə istinadən, 2019-cu ildə “Muğanbank” ASC-nin cəmi faiz gəlirləri 2018-ci il ilə müqayisədə azalsa da, komissiya gəlirləri 2 milyon 902 min manat və ya 24% artaraq, 15 milyon 49 min manat təşkil etmişdir. Faiz gəlirlərinin azalması Bankın kreditləşmə siyasətinin istehlak seqmentindən koprortiv seqmentə keçid etməsindən qaynaqlanır.

Eyni zamanda, 2019-cu ildə “Muğanbank” ASC-nin cəmi faiz və komissiya xərcləri 2018-ci il ilə müqayisədə 1 milyon 156 min manat və ya 3.8% artaraq, 31 milyon 229 min manat təşkil etmişdir. Komissiya xərclərinin artması nostro hesablarına görə artan xidmət haqqları səbəb olmuşdur. 

 Qeyd etmək lazımdır ki, ötən ildə bank problemli kreditlər üzrə ehtiyyatların yaradılması zamanı daha konservativ siyasət seçərək, bu kreditlər üzrə maksimum ehtiyyat yaratmışdır. Bu bir tərəfdən kredit portfelinin sağlamlaşdırılmasını təmin etsədə, digər tərəfdən bankın maliyyə göstəricilərinə təsir etmişdir ki, nəticədə bank 2019-cu ili 27 milyon 752 min manat zərərlə başa vurmuşdur. 

“Muğanbank” ASC-nin nağd pul və pul vəsaitləri keçən il ilə müqayisədə 56 milyon 321 min manat və ya 105% artaraq 109 milyon 722 min manat təşkil etmişdir ki, bu da Bankın müəyyən qədər likvid vəsaitlərinin olmasını, eləcə də öhdəliklərinin vaxtında qarşılaya bilməsinin göstəricisidir. 

Bankın yekun aktivləri 2018-ci il ilə müqayisədə 15.02% artaraq, 604 milyon 162 min manat təşkil etmişdir. 

BANK BÖYÜYÜB, KƏND TƏSƏRRÜFATINA VƏ İNŞAAT SEKTORUNA VERİLƏN KREDİTLƏR ARTIB

31 Dekabr 2019-cu il tarixinə “Muğanbank” ASC-nin ümumi kredit portfeli sabit qalsa da, Bank kreditləşmə istiqamətlərində müəyyən dəyişikliklər etmiş və istehlak kreditlərindən daha çox kənd təsərrüfatı və inşaat sektoru üzrə fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi üçün vəsait ayırmışdır. Belə ki, kənd təsərrüfatı sektoruna verilən kreditlərin həcmi 23 milyon 797 min manat və ya 62.2% artaraq, 62 milyon 50 min manat təşkil etmişdir. İnşaat sektorunda fəaliyyət göstərən müəssisələrə verilmiş kreditlər isə 27 milyon 471 min manat və ya 82.2% artaraq, 60 milyon 884 min manat təşkil etmişdir.

BANKA YERLƏŞDİRİLƏN MÜŞTƏRİ ƏMANƏTLƏRİ DƏ ARTIB

 2018-ci illə müqayisədə 2019-cu ildə “Muğanbank” ASC-nin depozit portfeli 57 milyon 28 min manat artaraq 336 milyon 491 min manata yüksəlib. Müddətli əmanətlərin həcmi sabit qalsa da, artım əsasən cari hesablarda baş vermişdir.


SƏHMDAR KAPİTALI YÜKSƏLİB

Dövr ərzində Bank səhmdar kapitalında da artım həyata keçirmişdir. Belə ki, əlavə 7 milyon 500 min manat həcmində emisiya edilmiş və Bankın səhmdar kapitalı 95 milyon manatdan 102 milyon 500 min manata qalxmışdır. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment