1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


PwC Azərbaycan CEO-ların 3-cü İllik Sorğusunun Əsas Nəticələrini təqdim etmişdir
01.06.2020

“Maneələrin Aradan Qaldırılması və Imkanların Açıqlanması”: PwC Azərbaycan CEO-ların 3-cü İllik Sorğusunun Əsas Nəticələrini təqdim etmişdir  

 

Valyuta məzənnəsinin dəyişkənliyi Azərbaycanda CEO-ların 37.18% üçün ən böyük təhlükə olaraq qalmaqdadır 

Azərbaycan CEO-ların təxminən 60% texnologiya, media və telekommunikasiya sahələrinə sərmayə qoyur. 

CEO-ların 83% gəlirin artırılması üçün əməliyyatın effektivliyinə daha çox diqqət yetirir

Türkiyə və Rusiya artım perspektivləri baxımından iki ən əlverişli ölkədir 

CEO-ların 27% tansformasiya üzrə gündəliyin bir hissəsi kimi ixtisasartırma sahəsində əhəmiyyətli irəliləyişə nail olublar 


1 iyun tarixində PwC Azərbaycan Azərbaycanda CEO-ların 3-cü İllik Sorğusunu dərc etmişdir. 

PwC Azərbaycan tərəfindən keçirilən CEO Sorğusu PwC-nin son 22 il ərzində Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin CEO-ların İllik Qlobal Sorğusunun bir hissəsidir.  Sorğuda Azərbaycanda bütün əsas sektorlarda fəaliyyət göstərən 80 özəl və dövlət şirkətin CEO-ları iştirak etmiş və inkişaf, maneələr, ixtisasartırma və bir çox digər mövzularda fikirlərini bölüşmüşlər. Sorğu COVID-19 pandemiyasından əvvəl keçirilmişdir və biz anlayırıq ki, CEO-ların bəzi məsələlərə dair fikirləri bu iki ay ərzində dəyişə bilər. Eyni zamanda, CEO-ların iqtisadi artım, geosiyasi qeyri-müəyyənlik və ixtisasarımı kimi biznesə təsir göstərən əsas məsələlərdə mövqeləri dəyişməyib.   

Qlobal bazarda mövcud çətinliklərə baxmayaraq, Azərbaycan CEO-ları rəhbərlik etdiyi şirkətlərin artım perspektivlərinə dair hələ müəyyən nikbinlik nümayiş etdirir. Bizneslərini inamla inkişaf etdirmək bacarıqlarına baxmayaraq, CEO-lar inkişaf planlarını poza biləcək daxili və kənar maneələrdən məlumatlıdırlar. Yerli CEO-ların 37.18%  üçün valyuta məzənnəsinin dəyişkənliyi ən böyük təhlükə olaraq qalmaqdadır,  CEO-ların 32.47%-ni artan geosiyasi qeyri-müəyyənlilik, 23.38% isə vergi yükü və qeyri-müəyyən iqtisadi artım narahat edir.     

Azərbaycanın CEO-ları hesab edir ki, bu transformasiya işçiləri ixtisara salmadan, fəaliyyətin səmərəliliyinin və iş təcrübəsinin artırılması məqsədilə insan resurslarına investisiyalar tələb edəcək. Nəticədə, CEO-ların yalnız 5% işçilərini ixtisara salmaq niyyətindədir, CEO-ların 26%-i isə ünsiyyət, texniki və rəqəmsal bacarıqlar sahəsində ixtisasartırma proqramının yaradılmasına nail olublar.   Azərbaycanın biznes liderlərinin sürətli inkişaf edən sahələrə investisiya qoymağa maraqlı olmasının göstəricisi CEO-ların 58%-nin texnologiya, media və telekommunikasiya sahələrinə investisiya qoymağı üstün tutmalarıdır. 

CEO-ların 82.5% fəaliyyətin təkmilləşdirilməsi və gəlir axınlarına təkan vermək üçün növbəti 12 ay ərzində işin effektivliyinin artırılmasını planlaşdırır. 

PwC Azərbaycan özəl və dövlət sektorunda fəaliyyət göstərən iri şirkətlərin rəhbələri ilə 80 müsahibə aparmışdır. Müsahibələr əsasən onlayn rejimində, sonra isə şəxsi görüşlər formatında keçrilmişdir. Müsahibələr bir sıra sektorları əhatə etmişdir. Bütün müsahibələr məxfi şəkildə keçirilmişdir. Respondentlərin 18%-nin gəlirləri 101-999 milyon ABŞ dollar cıvarında olmuşdur; şirkətlərin 72%-nin səhmləri birjada listinqə çıxarılıb; 54% - 11-25 illik biznes fəaliyyəti ilə məşğuldur.   


Qeydlər:

Hesabatı aşağıdakı linkdən yükləyə bilərsiniz: https://pwc.to/2LIrjNI

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment