1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikamda Hospitalın travmatoloq-ortopedi, t.f.d. Ramin Rzayev
31.05.2020

“Həkim məsləhəti” rubrikada Hospitalın travmatoloq-ortopedi, t.f.d. Ramin Rzayev artroz xəstəliyi ilə bağlı sualımızı cavablandırıb. Yaşlı insanlar arasında oynaq ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bəziləri deyir ki, bu, yaşla əlaqədardır, bütün yaşlı insanlara xas olan ağrılardır və belə də olmalıdır. Onlar bu ağrılardan qurtulmağın yolunu müxtəlif ağrıkəsicilərdən istifadə etməkdə görürlər. Bəziləri isə tam sağalmaq üçün mütəxəssislərə müraciət etməyi üstün tutur. Hansı qrup insanlar haqlıdır? Ağrılara dözüb vaxtaşırı ağrıkəsicilərdən istifadə etməklə müvəqqəti rahatlıq tapanlarmı, yoxsa həkimə müraciət edib problemin həllini axtaranlar?

-  Doktor, oynaq ağrılarını ağrıkəsicilərlə aradan qaldırmaq, yoxsa müalicə etmək lazımdır?

-Oynaq ağrıları ilə həkimə müraciət edən insanların əksəriyyətinə artroz diaqnozu qoyulur. Osteoartroz oynağın qığırdaq, artikulyar kapsul, bağlar, əzələlər və qığırdaqaltı sümük kimi bütün komponentlərini zədələyən xroniki xəstəlikdir. Əgər həkim sizə artroz diaqnozu qoyursa, deməli, nəsə etmək lazımdır. Çünki bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır və oynağın öz funksiyasını yerinə yetirməsi dayandırır. Ona görə də, oynaq ağrısı hiss etdikdə, mütləq həkimə müraciət etmək lazımdır. Nə qədər tez müraciət olunarsa, o qədər tez ağrı aradan qaldırılar, oynağı müalicə etmək olar. 

Bu xəstəliyin risk qrupuna çəkisi artıq olan insanlar, oynaq travmaları keçirmiş insanlar, yanaşı xroniki xəstəlikləri olanlar, iltihabi xəstəlikləri olan və az hərəkət edən insanlar aiddir.

Vaxtında müalicəyə başladıqda bu xəstəliyin qarşısını almaq olur, xüsusilə də oynaq ağrılarının aradan qaldırılması çox önəmlidir. Bu, pasiyentləri müvəqqəti rahatladan vaxtlı-vaxtsız ağrıkəsicilər qəbulundan azad edir. Hamıya məsləhət görərdim ki, oynaq ağrısı hiss edən kimi həkimə müraciət etsinlər, əks halda bu xroniki xəstəliyi müalicə etmək çətinləşir və oynaqlar tam funksiyasını itirdikdə, pasiyent yalnız cərrahi əməliyyat (endoprotezləşdirmə) yolu ilə normal həyata qayıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment