1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) MHBS üzrə 2019-cu ildə 7,2 mln manat mənfəət əldə edib
27.05.2020

Bank VTB (Azərbaycan) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən 2019-cu ilin maliyyə nəticələrini elan edib. Ernst&Young müstəqil beynəlxalq şirkət tərəfindən təsdiqlənmiş audit rəyinə əsasən, 2019-cu ildə bank bütün əsas göstəricilər üzrə artım nümayiş etdirərək, 7,2 mln manatadək xalis mənfəət əldə edib. Xalis faiz gəliri 46% artıb və 9,6 mln manat təşkil edib. Qeyri-faiz gəliri 15 mln manat olub. 

2019-cu ildə xalis komissiya gəliri 80% artım nümayiş etdirərək 1,5 mln manat təşkil edib. Komissiya gəlirlərinin əhəmiyyətli artımına hesablaşma-kassa xidmətləri, plastik kartlar üzrə aparılan əməliyyatlar, eləcə də sənədli əməliyyatlar hesabına nail olunub.

Hesabat dövrü ərzində bankın aktivləri 15% artaraq 183 mln manatı keçib. Depozit portfelinin həcmi təxminən 4% artıb və 70,7 mln manata çatıb. Depozit portfelində fiziki və hüquqi şəxslərin vəsaitlər təxminən bərabər bölünüb. Hüquqi şəxslərin depozitləri 12% artıb. 

2019-cu ilin sonuna sağlam kredit portfeli 20% artıb və 90,6 mln manat təşkil edib. 

“İl ərzində bank biznesin bütün istiqamətləri üzrə yüksək artım tempi göstərib. Dinamik inkişafa yeni rəqəmsal xidmətlərin tətbiqi də səbəb olub. Cari ildə pərakəndə və korporativ biznesin prioritet istiqamətlərində mövqeləri gücləndirərək,  biz texnoloji transformasiyaya fokuslanmağa davam edirik. Rəqəmsal kanallara olan tələbat artır və biz qabaqlayıcı templərlə zamanın tələblərinə cavab verməyə çalışırıq”, -deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment