1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
27.05.2020

Hər zaman abunəçilərini yüksəkkeyfiyyətli və kəsintisiz internetlə təmin edən “Nar”ın 4G istifadəçilərinin sayı 2020-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% artıb. Mobil operatorun təqdim etdiyi sərfəli internet paketləri sayəsində internet trafikinin həcmində 51% artım qeydə alınıb. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının quraşdırılması, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar təsir edib. 

Abunəçilərini yüksəkkeyfiyyətli və sürətli 4G şəbəkəsi ilə təmin etmək məqsədilə “Nar”, cari ilin ilk üç ayı ərzində paytaxtda və regionlarda əhatə dairəsini genişləndirməyə davam edib. Belə ki, 2020-ci ilin birinci rübü ərzində ölkə ərazisində 50-yə yaxın 3G və 4G/4.5G baza stansiyası quraşdırılıb. Müştərilərinə hər zaman kəsintisiz və sürətli internet təcrübəsi təqdim edən “Nar”ın 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Hazırda mobil operatorun 4G istifadəçilərin sayı Bakı üzrə 67%, regionlar üzrə isə 33% təşkil edir.  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment