1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikada pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova
22.05.2020
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə təcrübəli həkim, balaca pasiyentlərinə qarşı çox mehriban və diqqətcil olan pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşovanı təqdim edirik.
1992-ci ildən əmək fəaliyyətinə pediatr-neonatoloq-reanimatoloq kimi başlayan və bu günə qədər fasiləsiz olaraq sevdiyi bu peşə ilə məşğul olan DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Neonatologiya bölümündə vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, Pediatriya bölümündə - usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsi (ürək-qan-damar tənəffüs, mədə-bağırsaq, ifrazat, sinir sistemləri), vaksinasiyanın aparılması və s. işləri həyata keçirir.
 
Qeyd edək ki, Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Pediatriya İnstitutunda İnternatura keçmişdir.
 
1992 -2009-cu illərdə Dövlət və özəl tibb müəssisələrində pediatr-neanatoloq-reanimatoloq vəzifəsində çalışmışdır. 2007-ci ildə  Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində,  2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında, həmin ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə  Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada, Medical University of Graz-ın Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində çalışmışdır. 
 
Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. O, 2003-cü ildə Avstriyada keçirilən  Pediatrik kardiologiya, 2013-cü ildə Türkiyədə keçirilən  Neonatoji konqresdə, 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtaliyan-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada  Spandau LKH-də  neontoloji intensiv terapiya kursunda, 2018-ci ildə Azərbaycanda keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci intensiv təlim kursunda və digər  beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2014-ci ildən Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə  komissiyasının üzvüdür.
 
Dr. Təranə Göyüşova 2009- cu ildən Mərkəzi Gömrük Hospitalı pediatr-neanatoloq-reanimatoloq vəzifəsində çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/#T%C9%99ran%C9%99%20G%C3%B6y%C3%BC%C5%9Fova
 
Dr. Təranə Göyüşovanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08. 
 

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment