1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21.05.2020

Sumqayıt Texnologiyalar Parkı (STP) tarixində ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib. Bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır. Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınmışdır. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.  

Alüminium pəstah alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammalıdır.   Azərbaycanda bu məhsul Sumqayıt Texnologiyalar Parkının Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.  

STP bundan öncə Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.  

Texnoparkın Alüminium və Mis Profilləri zavodu 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü 30000 tondur. 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkıregionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment