1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


CCIAF və MEDEF İnternational Azərbaycanın İqtisadiyyat naziri ilə onlayn görüş keçirdi
12.05.2020

12 may 2020-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) MEDEF International və AZPROMO ilə birgə Azərbaycanın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə onlayn görüş keçirdi. Görüşdə fəxri qonaq qismində Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross, Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev, eləcə də CCIAF-in üzv şirkətlərinin və MEDEF International-ın üzvü olan Fransız şirkətlərinin direktorları iştirak ediblər.

Görüş MEDEF İnternational-ın baş direktoru Philip Gautier açılış nitqi ilə başlayıb. O, Azərbaycan ilə MEDEF International arasındakı əməkdaşlıqdan və bu əməkdaşlığın Fransız şirkətləri üçün müsbət nəticələrindən danışıb. CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva çıxış edərək iştirakçılara pandemiya zamanı CCIAF-in fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, bu dövr ərzində CCIAF-in işçi komitələri müxtəlif vebinarlar təşkil edib və pandemiyanın biznesə, işçi heyətə təsirini aydınlaşdırmaq məqsədilə sorğular keçirib. O əlavə edib ki, CCIAF Aİ-Azərbaycan Biznes Forumunun təşkilatçılarından biridir və Palata artıq bu istiqamətdə işlərə başlayıb. Xanım Quliyeva həmçinin bildirib ki, CCIAF dövlət-özəl sektor arasında dialoqun qurulmasında aktiv iştirak edir. Palata dövlət orqanları ilə görüşlər təşkil edərək öz üzvlərinin sual və təkliflərini birbaşa bildirib müzakirə etmələrinə şərait yaradır.

Görüşdə iştirak edən cənab səfir Zacharie Gross bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirir. O qeyd edib ki, innovativ strategiyaların tətbiqi və dayanıqlı inkişafın əldə edilməsi məqsədilə Azərbaycan və Fransa sıx əməkdaşlıq edir.  Cənab səfir Rəhman Mustafayev isə hazırda dünyanın çətin iqtisadi vəziyyətlə üzləşdiyini qeyd edərək bildirib ki, indiki vəziyyətdə sıx dialoqun və əməkdaşlığın gücləndirilməsi və həll yollarının uzlaşdırılması çox mühüm məsələdir. 

Görüşdə Mikayıl Cabbarov iştirakçılara Fransa şirkətlərinin ölkədəki fəaliyyət istiqamətləri barədə məlumat verib, eləcə də ikitərəfli biznes əlaqələrinin inkişafında MEDEF International və CCIAF-in fəaliyyətinin müsbət qiymətləndirildiyini qeyd edib. O, ölkədə həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes mühiti, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, investisiya fəaliyyəti ilə bağlı hazırlanan yeni qanun layihəsi barədə danışıb. Nazir iştirakçılara COVID-19-un iqtisadiyyata təsiri barədə də məlumat verib. Pandemiya ilə əlaqəli iqtisadi problemlərə cavab olaraq Azərbaycan hökumətinin həyata keçirdiyi sahibkarlara və onların işçilərinə dəymiş ziyana görə kompensasiya proqramı, sahibkarlıq subyektləri üçün dəstək proqramının icrası və bu kimi digər tədbirlərdən danışıb. Nazir həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqəmsallaşdırılması məqsədilə Fransa şirkətləri ilə əməkdaşlıq məsələlərinə toxunub. Çıxışdan sonra iştirakçılar mövzuyla bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

Qeyd edək ki,  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual  məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

MEDEF İnternational 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksək səviyyəli şəxsləri ilə mütəmadi görüşləri olur. Keçən il MEDEF International-ın 60 şirkətlə birgə ölkəyə səfəri olmuşdur və həmin səfər çəçivəsində Ölkə Prezidenti və Vitse-Prezidenti tərəfindən qəbul edilmişdirlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment