1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell veteranları təbrik etdi
09.05.2020

Şirkət ölkədə yaşayan bütün İkinci Dünya müharibəsi iştirakçılarına sovqat payı göndərdi

“Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may- faşizm üzərində qələbə günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb. Koronavirus pandemiyası dövrünə təsadüf edən qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını dəyərli ərzaq sovqatları ilə sevindirib. Xeyriyyə aksiyası çərçivəsində Azercell Azərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib. 

Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq Vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlamıza hər zaman qayğı ilə yanaşan Azercell, 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər. Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (Sim-Sim) istifadəçiləri Azercell-in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.

Azərbaycan xalqı İkinci Dünya müharibəsinin 1941-1945-ci illəri ərzində cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, qələbə naminə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümayiş etdirib. Azercell şirkəti müxtəlif müharibə illərində orduda döyüşən bütün veteranlarımıza uzun ömür, cansağlığı arzulayır! Bizim qələbələrimiz hələ irəlidədir!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment