1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bu həftə bölgələrdə daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı!
08.05.2020

Şirkət aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri karantin günlərində sevindirməkdə davam edir

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanları, aztəminatlı ailələri sevindirməkdə davam edir. Şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüs nəticəsində müqəddəs Ramazan ayının ikinci həftəsi Xızı, Göyçay, Göygöl, Goranboy, Naftalan,  Daşkəsəndə yaşayan həssas kateqoriyalardan olan 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb. 

Ərzaq payı alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdırır.

Xatırladaq ki, Azercell şirkəti ötən həftə Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə sosial təcrid şəraitində yaşayan 1000 ailəyə ərzaq yardımı çatdırıb. Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. 



Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment