1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


CCIAF və MEDEF International-ın Azərbaycanın İqtisadiyyat naziri ilə görüşü planlaşdırılır
07.05.2020

12 may 2020-ci il tarixdə Azərbaycan Fransa Ticarət və Sənayə Palatası (CCIAF) , “MEDEF International” və AZPROMO ilə birlikdə Azərbaycanın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə onlayn görüş keçirilməsi planlaşdırılır. 

Görüş zamanı COVID-19-un iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələrin olması planlaşdırılır. Əlavə olaraq, CCIAF-in yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhvələr müzakirə olunacaq. İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq. 

Görüş MEDEF İnternational-ın icraçı direktoru Filip Gautier tərəfindən idarə ediləcək. Fəxri qonaqlar - Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross və Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev; CCIAF üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorlarının görüşdə iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, CCIAF 2016-cı ildən fəaliyyət göstərir və hazırda 60-dan çox yerli, fransız və beynəlxalq şirkət Palatanın üzvüdür. CCIAF-in əsas məqsədi Azərbaycan ilə Fransa arasında iqtisadi və dostluq əlaqələrinin gücləndirilməsinə kömək etməkdir. Palata üzv şirkətlər üçün yeni biznes tərəfdaşları, potensial müştəri və sahibkarlar ilə tanışlıq imkanlarının artırılması, mütəmadi olaraq mövcud bazar imkanları haqqında  məlumatların yayılması, biznes sahəsindəki yeni imkanlar barədə məlumatın ötürülməsi məqsədilə mütəmadi olaraq tədbirlər və biznes görüşlər həyata keçirir.

MEDEF İnternational 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksək səviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri Şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirdi. 2019-cu ilin iyul ayında Bakıya son səfəri zamanı MEDEF İnternational, Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlı olan 60-a yaxın şirkəti bir araya gətirdi və bu nümayəndə heyəti Azərbaycan Prezidenti və Vitse-prezidenti tərəfindən qəbul edildi. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment