1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc
06.05.2020

Azərbaycan Beynəlxalq Bankının innovativ məhsullarından Tamkarta müştərilərin getdikcə artan marağını nəzərə alaraq bank bu məhsul üzrə yeni kampaniyaya start verib. Məqsəd Tamkartın hər kəs üçün daha sərfəli və əlçatan olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.   

Belə ki, mayın 7-dən 31-ə kimi keçiriləcək kampaniya dövründə Tamkartla verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər edən müştərilər 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% kəşbək qazanacaqlar. Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından Tamkartla həm POS terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları aparan hər kəs bəhrələnə bilər.

Bundan başqa, mayın 7-dən 29-a kimi Tamkart Classic/Standard kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək. Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə 50% endirimlə veriləcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. 

Tamkart eyni anda iki kartı -  debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə 60 günədək faizsiz güzəşt müddəti imkanı yaradılır. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart sahiblərinə alış-veriş zamanı hətta 20%-dək kəşbək verilir. Eyni zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartı bu bölmədən onlayn sifariş vermək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment