1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Koronavirus - sağalmış pasiyentlər üçün reabilitasiya tövsiyyələri
06.05.2020

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova  koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya haqqında ətraflı məlumat verib

Bütün dünyanı görünməmiş sürətlə cənginə alan yeni koronavirus COVİD-19 infeksiyası ölkəmizdə də yayılıb. Qlobal problemə çevrilən koronavirus infeksiyasına qarşı ölkəmizdə də  ciddi mübarizə aparılır.  Dünya təcrübəsi göstərdi ki,  bu virusa bütün yaşlarda olan insanlar yoluxa bilər, lakin risk qrupuna daxil olan yaşlı insanların  bu virusa yoluxması ehtimalı daha yüksəkdir. Yeni koronavirus COVİD-19 infeksiyasının  insan orqanizminə vurduğu zərər  və fəsadlar alimlər tərəfindən araşdırılır.  

COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar? Həkimlər müəyyən ediblər ki, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası  normadan 20-30% azala bilər. Bu da onu göstərir ki  ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə  xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Reabilitasiya planı həkim tərəfindən təyin olunur.

Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.

Tənəffüs texnikası belədir:

Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə,  ikinci əlinizi qarın nahiyəsinə qoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.

Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan  pasiyentlər də tətbiq edə bilər.

 Sonda qeyd edək ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi  tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment