1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?
04.05.2020

Bəşəriyyət Covid-19 adlı dəhşətli fəlakətlə üz-üzə qalıb. Geniş yayılmış koronavirus pandemiyanın təsiri bütün ölkələrin  sosial-iqtisadi həyatında da dərin izlər buraxır. Çox təəssüf ki, bu fəlakət bizim ölkədən də yan keçməyib. Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətimizin atdığı addımlar hər birimizdən ayıq olmağı tələb edir. Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Məlumdur ki, bu infeksiya daha çox yaşlı və xəstə insanlara təsir edir. Ürək xəstəlikləri olan insanlar koronavirusdan necə qorunmalıdırlar? Bu və digər suallar ətrafında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayev öz məsləhətlərini sizinlə bölüşür.

-Koronavirus xəstəliyi virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan hava-damcı yolu ilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Gigiyenik və karantin qaydalarına ciddi riayət etməklə bu virusla mübarizə aparmaq mümkündür. Maskadan, üz sipərlərindən istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, ən azı 2 m. məsafənin saxlanılması üsulları ilə bütün dünyada koronavirusla mübarizə aparılır. 

Yeni tip koronavirus əsasən aşağı tənəffüs yollarını yoluxdurur və ağır hallarda sətəlcəm və ağır tənəffüs çatışmazlığı yaradır. Qeyd edək ki, ürəyin zədəlnməsi ilə olan hallar da az  deyil. Covid-19 xüsusi ACE-2 reseptorlara birləşib bədənə daxil olur. Bu reseptorlar ürək əzələlərin də yerləşir. Risk qrupuna əsasən yaşlılar, ürək catışmazlığından əziyyət çəkən, yüksək təzyiqi olan, ürəyin işemik xəstəliyi olan insanlar da daxildir. Covid-19 infeksiyasının ürək damar sisteminə təsiri-əsas miokardit - ürək əzələsinin  iltihabi zədələnməsidir.  Bu zaman aritmiyalar venoz trombozu kimi birbaşa və ya dolayısıyla ağırlaşmalar yarada bilir.

Ürək xəstələrirə məsləhət edirəm ki, təcili hal olmadan evi tərk etməsinlər, kütləvi yerlərdən uzaq dayanmağa çalışsınlar,  gündəlik dərmanların qəbulunu davam etsinlər, lazım olarsa müalicə həkimi əlaqə yaratsınlar. Epidemioloji durum tam sabit olana qədər bütün sanitar-gigiyenik normalara ciddi əməl etsinlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment