1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Xüsusi karantin rejimi dövründə “Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
01.05.2020

Koronavirus pandemiyaslı ilə əlaqədar olaraq ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib. “Nar” nömrəsi almaq istəyənlər evdən çıxmadan, narsim.az vebsaytından seçdikləri nömrələrin birbaşa evə çatdırılmasını sifariş edə bilərlər. Səyyar nömrə xidməti ilə Bakı, Abşeron, Sumqayıt və daha 23 şəhərdə 1000-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.  

Bundan başqa, aprelin 6-dan başlayaraq Bakı və Abşeron yarımadasını əhatə edən “Səyyar Nar” layihəsi çərçivəsində 140-dan çox müştəriyə evində xidmət göstərilib. Qeyd edək ki, “Səyyar Nar” abunəçilərə  evlərini tərk etmədən bir çox əməliyyatları birbaşa ünvanlarında əldə etmək imkanı verir. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də, SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.

“Nar” xüsusi karantin rejimi dövründə abunəçilərin evdən çıxmaması üçün onlayn kanalları vasitəsilə də müştərilərə xidmət göstərməkdə davam edir. Müştəri xidməti funksiyasını yerinə yetirən sosial media səhifələri və “Nar+” tətbiqi vasitəsilə daxil olan sorğular dərhal cavablandırılır. Belə ki, martın sonlarından indiyədək  “Nar+” tətbiqinə daxil olmuş müraciətlər 2 dəfə artaraq 3,4 milyondan çox sorğu emal olunub. “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 55 minə yaxın müraciət daxil olub. Qeyd edək ki, tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. 

Bütün qeyd edilən xidmətlərlə yanaşı, abunəçi sorğularının fasiləsiz və operativ cavablandırılması məqsədilə “Nar” Müştəri Xidmətləri  və 777 Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Martın sonlarından aprelin sonuna qədər 777 Çağrı Mərkəzinə 705 mindən çox zəng daxil olub. 

Xatırladaq ki, “Nar”, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub. Eyni zamanda, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən  ödənişsiz və fasiləsiz yararlana bilirlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment