1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının fizioterapevti bel ağrılarında qarın əzələləri üçün 5 idman hərəkətini təqdim edir
01.05.2020

Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova bel ağrılarında qarın əzələləri üçün 5 idman hərəkətini təqdim edir təqdim edir.

Karantin müddətində hamımızda fiziki aktivlik azalmışdır. Bu müddət ərzində əksəriyyət insanlar internet və sosial şəbəkələrdə çox vaxt keçiriblər. Təəssüflər olsun ki, bu bədənin fiziki durumuna öz təsirini göstərir. Eyni zamanda, qarşıdan yay gəlir və sirr deyil ki, çoxumuz sağlam, qamətli və gözəl görünmək istəyirik.

Bədən quruluşunun gözəl olmasına çalışan hər kəs ilk öncə qarın əzələlərini düşünur. Qarın əzələlərinin düz və gözəl relyefi olması uzunmüddətli məşqlərin nəticəsi ola bilər. Qarın əzələləri üçün idman hərəkətləri çoxdur. Amma bildiyimiz kimi, bu idman hərəkətləri fərdi seçilməlidir və onurğada problemlər varsa, bəzi hərəkətlərin edilməsi məsləhət deyil.

Bəs belimizdə ağrı olursa, bizə qarın əzələləri üçün hansı hərəkətlər uyğundur? Bu son vaxtlar pasiyentlərim tərəfindən mənə ən çox verilən suallardan biridir. Məhz buna görə mən sizin üçün 5 idman hərəkəti seçmışəm. Bunlar həm qarın əzələləri üçün, həm də belinizin sağlamlığı üçün faydalıdır. Hər zaman dediyim kimi, idman hərəkətləri heç bir ağrı verməməlidir. Əgər hansısa hərəkət zamanı siz ağrı hiss edirsizsə, onu dərhal dayandırın.

1.    Arxası üstə uzanırsız. Qollarınızı yana qoyun. Dizlərinizi bükün, bir-birinə yaxınlaşdırın. Qarın əzələlərini sıxmaqla dizlərinizi sola və sonra sağa hərəkət etdirin. Bu hərəkətin həcmi hər kəs üçün fərdidir - bəziləriniz dizlərini yerə kimi apara bilər, bəziləri daha az hərəkət edə bilər. Hərəkət narahatçılıq və ağrı verməməlidir. 15 dəfə təkrarlayın.

2.    Arxası üstə uzanırsız. Dizlərinizi bükün. Əlinizin birini belinizin altına qoyun. Qarın əzələsini sıxın və belinizlə əlinizi sıxın. 5 -10 saniyə saxlayın. 3 dəfə təkrarlayın.

3.    Arxası üstə uzanırsız, dizləriniz bükülmüş vəziyyətdədir. Qarın əzələlərini sıxın, çanağınızı qaldırın və yerə qoyun. 15 dəfə təkrarlayın.

4.    Yan planka. Plank idman hərəkəti çox populyardır. Amma hərəkət düzgün olmalıdır və vaxta görə çox uzun olmamalıdır. Planka başlayanda 5-10 saniyəlik saxlayın. Bir müddətdən sonra tam arxayın və güclü olandan sonra siz bu hərəkətin vaxtını artıra bilərsiz. Plankanı dizləri bükülmüş variantdan başlayın – bu, daha asandır. Çiyniniz dirsəyin üstündə olmalıdır. Qulaqdan ayaqlara kimi düz xətt kimi olmalıdır. Çalışın boynunuzu düz saxlayasınız. Hərəkəti tam rahat və asan hiss edirsizsə, dizlərinizi açın və düz ayaqlarla plankanı edin.

5.    Arxası üstə uzanın. Belinizi tam yerdə saxlayın, bel və yer arasında məsafə qalmasın. Belinizi yerdən qaldırmayın. Ayağınızı 90 dərəcədə dizdən bükün. Qarın əzələsini sıxın və ayaqlarınızı qaldırın. Çiyinlərinizi 10 sm yerdən qaldırın. 10 saniyə saxlayın və 5 dəfə təkrarlayın.

Bu idman hərəkətləri həm qarın əzələlərini tonusda saxlamaq üçün, həm də beliniz üçün faydalıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment