1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən minlərlə aztəminatlı ailəyə Ramazan ayında dəstək!
30.04.2020

Şirkət Ramazan ayı boyu bölgə sakinlərinə ərzaq yardımı paylayacaq

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri sevindirməkdə davam edir.

Şirkət tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüslərin davamı olaraq müqəddəs Ramazan ayının hər həftəsi Azərbaycanın bölgələrində karantin dövründə sosial təcrid şəraitində yaşayan 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılacaq. 

Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu həftə ərzaq yardımı Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə yaşayan ehtiyacı olan ailələrə ediləcək.

Ərzaq payı alacaq ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdıracaq.

Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır. 

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Bakı şəhərində I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırmışdı.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment