1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Sahibkarlar cəmi iki günə virtual POS terminal əldə edə bilər
29.04.2020

Bir çox innovativ bankçılıq texnologiyalarını ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı öz ənənəsini davam etdirir. Bank ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə, elektron ticarətin sürətli inkişafına böyük kömək göstərəcək daha bir innovativ imkanı müştərilərə və tərəfdaşlara təqdim edib. Bank virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verib. 

Bu xidmət müştəriyə Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan alış-veriş və xidmət məkanlarından istədiyi məhsulu, xidməti onlayn qaydada sifariş vermək və ödənişi IBA Link üzərindən həyata keçirmək imkanı verir. Belə ki, müştəri onlayn sifarişini həyata keçirdikdən sonra saytdakı IBA Link bölməsinə daxil olaraq ödənişi kartla aparır. Yaxud ödənişin linkini müştəriyə mağaza özü də göndərə bilər. Linki bütün kommunikasiya kanalları, o cümlədən, WhatsApp, SMS, elektron məktub və s. vasitəsilə göndərmək mümkündür.

IBA Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Müştəri ödənişi həyata keçirərkən mağazaya bu barədə anında məlumat daxil olur. IBA Linkdən bütün satış və xidmət məntəqələri faydalana bilər. Xidmətə buradan qoşulmaq mümkündür. 

Qeyd edək ki, indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdi. İndi isə sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment