1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) birinci rübün nəticələrini elan edir
29.04.2020

Bank VTB (Azərbaycan) birinci rübdə depozit portfelini 6% artıraraq 74,3 mln manata çatdırıb. Portfelin böyük hissəsi hüquqi şəxslərin və maliyyə təşkilatlarının vəsaitləridir  – onlar 16% artaraq 40,7 mln manata çatıb. Fiziki şəxslərin əmanətləri 33,6 mln manat təşkil edib. 

Bank VTB (Azərbaycan) 2020-ci ilin birinci rübünü 1,4 mln manat məbləğində mənfəətlə başa vurub. Faiz gəliri 2,1 mln manata çatıb. Faiz mənfəəti isə  il ərzində 4 dəfə artaraq 1,2 mln manat təşkil edib. Hesabat dövrü ərzində bankın məcmu kapitalı 58,9 mln manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə cavab verərək müvafiq olaraq 65,59% və 63,02% çatıb. 

Hüquqi şəxslərin kredit-zəmanət portfeli 47,9 mln manat təşkil edib. Birinci rübün nəticələrinə görə fiziki şəxslərin kredit portfeli 71 mln manatı keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərə verilən kreditlərin (ipoteka, nağd kredit və kredit kartları) həcmi 30% artıb. 

Birinci rübdə bank xidmətlərinə distant kanallar vasitəsi ilə çıxışın genişləndirilməsi istiqamətində fəal iş aparıb. Maliyyə təşkilatı Direct rəqəmsal bankına yeni funksionalların tətbiqini uğurla davam etdirir. 31 mart 2020-ci il tarixinə Facebook sosial şəbəkəsindəki messencerdə bankın yeni məhsulu olan Direct-in istifadəçilərinin sayı 2500 nəfəri keçib. 

 “Birinci rübdə VTB (Azərbaycan) bütün əsas göstəricilər üzrə stabil artım nümayiş etdirib. Müsbət trend həm pərakəndə, həm də korporativ biznesin işində müşahidə olunub. Biz rəqəmsal texnologiyaların imkanlarının genişləndirməsi üzrə fəaliyyətimizi uğurla davam etdirmişik. Bu məsələ COVİD-19-un yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş özünütəcrid şəraitində xüsusilə aktualdır. Hazırda biz müştərilərimizə distant kanallar vasitəsilə öz maliyyə vəsaitlərinə rahat çıxış təmin edirik”-deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment