1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən müəllimlərə dəstək!
28.04.2020

Mobil operator sosial izolyasiya şəraitində onlayn tədris verən müəllimlərə internet paketi təqdim edib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə şəraitində baş tutan növbəti sosial tədbirdə yer alıb. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlatdığı yeni layihəsi çərçivəsində Təhsil Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək çağırışlarına Azercell də qoşulub. Şirkət bu məqsədlə yaradılmış “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 azn dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz qatqısını verəcəkdir. Qeyd edək ki, onlayn tədris üçün internet paket alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyata əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.

Hədiyyə paketinin qoşulması və aktivləşdirilməsi üçün mövcud olan müəyyən texniki şərtlərlə https://www.azercell.com/az/news/show/1094/ ünvanında tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, www.virtual.edu.az saytı istifadəçilərə tədris prosesinə aid tapşırıqları onlayn şəkildə yerinə yetirmək imkanını təqdim edir. Hal-hazırda portalda 600000-dən çox şagird və 50000-dən çox müəllim qeydiyyatdan keçib.

“Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə sosial təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment