1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalın oftalmoloqu Aynurə Əliyeva gözlərin qorunması ilə bağlı tövsiyələrini verib
28.04.2020

Dünyanı bürümüş koronavirus COVİD-19 xəstəliyinin göz ilə yayılması halları da istisna olunmur. Əlləri təmiz olmadığı halda gözlərini qaşıyan yaxud ona toxunan şəxs əlbəttə ki, virus və bakteriyaları gözünə ötürür. Gözün ön səthi 24 saat göz yaşı ilə yuyulur, lakin virulentliyi yüksək olan infeksiya ona qalib gələrək xəstəlik törədir.

Koronavirus gözə müxtəlif mexanizmlə daxil olub gözün ön səthinin iltihabı olan konyunktivit, uveit, retinit və nevrit törədə bilər. Koronavirus Covid-19 xəstələrinin yalnız 3 faizində konyunktivit müşahidə olunur. Fasiləsiz sulanma, qızartı, gözdə “yad cisim” hissi kimi diskomfort əlamətləri bir neçə saat və ya gün sonra üşütmə, qızdırma, halsızlıq, boğazda qıcıqlanma-ağrı, öskürək kimi simptomlarla müşahidə olunarsa, özünü təcrid qaydalarına riayət etməklə təcili tibbi yardım xidmətinə müraciət etmək məsləhət görülür.

Viruslu konyunktivit əlamətlərini hiss edən şəxs mütləq öz oftalmoloquna müraciət etməli və heç bir halda aptekdən özbaşına dərman alıb istifadə etməməlidir. Karantində olanlar və onlara xidmət edən personal, cəmiyyətlə sıx kontanktda olan, işləmək məcburiyyətində olan vətəndaşlar da eyni qaydada tərkibində aşağı konsentrasiyalı bor turşusu olan göz damlalarından (omkasa, tafazol və s.) və ya göz yaşı əvəzedicilərindən istifadə edə bilərlər.

Virusun aktivlik müddətinin müxtəlifliyini nəzərə alaraq eynək istifadəçiləri gigiyenaya xüsusilə diqqətli olmalıdırlar. İstifadədən öncə və sonra hər gün istənilən növ eynəklərin adi maye-sabunlu suyla yuyub təmizləmək tələb olunur. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir, buna görə yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir.

Linza istifadəsini minimuma endirmək, məcburiyyətdən istifadə zamanı isə hər gün təbliğ olunan şəkildə əlləri yuduqdan sonra linza taxıb yaxud çıxarmaq, daha yaxşı isə gündəlik linzalardan istifadə məsləhətdir. Gözləri yükləməmək üçün hər 30 dəqiqədən bir 10 dəqiqəlik fasilələr vermək, göz gimnastikası etmək məsləhətdir. İdman prosesinə göz almasını hərəkət etdirmək, yuxarı-aşağı,sağa-sola,diaqonallara baxmaq, ən uzaqda ayırd edə bildiyiniz obyektə baxmaq, gözləri tez-tez qırpmaq kimi hərəkətləri daxil etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment